Zelenskinin “həlledici” görüşlərində nə qərarlar verildi?
Ukrayna Prezidenti Volodimir Zelenski hazırda “həlledici” adlandırılan bir sıra görüşlər keçirir.
TodayPress TV xəbər verir ki, bu barədə Prezidentin kommunikasiya üzrə müşaviri Dmitri Litvin “X” sosial şəbəkəsində paylaşım edib.
“Prezidentin bir, demək olar ki, həlledici görüşü yenicə başa çatdı. Hazırda isə növbəti, artıq faktiki olaraq həlledici görüş keçirilir”, - deyə Litvin bildirib.
Onun sözlərinə görə, qərarlar qəbul edilən kimi rəsmi məlumat dərhal ictimaiyyətə açıqlanacaq. Görüşlərin məzmunu və müzakirə olunan məsələlər barədə isə hələlik əlavə informasiya verilməyib.
Kübra Musayeva