Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat etdi

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi vəfat etdi
03.06.2026 20:50 Cəmiyyət

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Rövşən Muradov vəfat edib.

TodayPress TV xəbər verir ki, bu barədə qurumun "X" sosial şəbəkəsindəki məlumatında qeyd olunub.

Bildirilib ki, vəfat etməzdən əvvəl o, işgüzar məsələlərlə əlaqədar Türkiyədə olub və mərkəz nümayəndələrinin beynəlxalq konfransda iştirakının təşkili ilə məşğul olub.

Rövşən Muradov Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təsisçilərindən biri olub və qurumun yarandığı ilk günlərdən ona rəhbərlik edib.

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUL 2026
Bütün Xəbərlər