Kondisionerin gizli təhlükələri üzə çıxdı - Həkimlər xəbərdarlıq edir

Kondisionerin gizli təhlükələri üzə çıxdı - Həkimlər xəbərdarlıq edir
21.07.2026 02:43 Maraqlı

Mütəxəssislər bildirirlər ki, kondisioner isti havalarda rahatlıq yaratsa da, uzun müddət istifadə edildikdə sağlamlığa mənfi təsir göstərə bilər.

TodayPress TV xəbər verir ki, həkimlərin sözlərinə görə, kondisioner dərinin, gözlərin, burun və boğazın qurumasına, baş və əzələ ağrılarına səbəb ola, həmçinin toz və kif dövranını artıraraq tənəffüs yollarını qıcıqlandıra bilər.

Bu təsirlərin qarşısını almaq üçün kifayət qədər su içmək, nəmləndirici vasitələrdən istifadə etmək, kondisioneri mütəmadi təmizləmək, otağı vaxtaşırı havalandırmaq və lazım gəldikdə hava nəmləndiricisindən istifadə etmək tövsiyə olunur.

XƏBƏR LENTİ
21 IYUL 2026
Bütün Xəbərlər