Azərbaycanda çevik iş vaxtı rejimi modellərinin yaradılması planlaşdırılır

Azərbaycanda çevik iş vaxtı rejimi modellərinin yaradılması planlaşdırılır
20.07.2026 17:25 Cəmiyyət

Azərbaycanda beynəlxalq təcrübə əsasında çevik iş vaxtı rejimi modellərinin yaradılması planlaşdırılır.

TodayPress TV xəbər verir ki, bununla bağlı məsələ Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlədiyi Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026-2030-cu illər üçün Tədbirlər Planında öz əksini tapıb.

Plana uyğun olaraq sözügedən müddətdə çevik iş rejimi modellərinin tətbiqi ilə bağlı normativ hüquqi akt layihələri hazırlanmalıdır və aidiyyəti üzrə təqdim edilməlidir.

Proqramın icrası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb.

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUL 2026
Bütün Xəbərlər