Türk futbolunda tarixi an: Arda Güler "Transfermarkt"ı alt-üst etdi!
"Real Madrid" klubunun gənc ulduzu Arda Güler La Liqanın bazar dəyəri ilə bağlı son yenilənməsindən sonra Türkiyə futbol tarixində yeni bir rekorda imza atıb.
TodayPress TV xəbər verir ki, 21 yaşlı milli komanda üzvünün bazar dəyəri 100 milyon avroya yüksəlib.
Güler "Transfermarkt" portalının tarixində bu qiymət göstəricisinə çatan ilk türk futbolçu olub. Arda 100 milyon avroluq göstərici ilə ən yüksək bazar dəyərinə sahib türk futbolçusu kimi zirvəyə yerləşib. Reytinqdə ikinci yeri 75 milyon avro dəyərlə "Yuventus"da çıxış edən Kenan Yıldız tutur.
Beləliklə, Arda Kenan Yıldızın əvvəlki 75 milyon avroluq rekordunu 25 milyon avro üstələməyi bacarıb.
Qeyd edək ki, Joze Mourinyonun rəhbərliyi altında gənc ulduz mövsümün ilk 7 matçında 4 qola birbaşa töhfə verərək (qol və məhsuldar ötürmə) "Real Madrid"in əsas heyət üzvünə çevrilib. Arda Gülerin yeni transfer dəyəri təkcə cari reytinqdə deyil, bütün dövrlər üçün türk futbolçuları arasında qeydə alınan ən yüksək göstərici kimi tarixə düşüb.