Rusiya ordusundan Kramatorska ağır zərbə – Ölənlərin sayı artır

Rusiya ordusundan Kramatorska ağır zərbə – Ölənlərin sayı artır
03.06.2026 21:30 Dünya

Rusiya ordusunun Ukraynanın Kramatorsk şəhərini atəşə tutması nəticəsində azı 3 nəfər ölüb və 1 nəfər yaralanıb.

TodayPress TV xəbər verir ki, bu barədə Donetsk vilayət hərbi administrasiyasının rəhbəri Vadim Filaşkin "Telegram" kanalında məlumat yayıb.

"Kramatorskun atəşə tutulması nəticəsində azı 3 nəfər həlak olub və 1 nəfər yaralanıb. Bu gün axşam şəhər iki zərbəyə məruz qalıb. Rusiya qoşunları yenidən yaşayış binasına zərbə endirib. Hadisə yerində bütün müvafiq xidmətlər işləyir, axtarış-xilasetmə əməliyyatı davam edir. Qurbanların dəqiq sayı və dəymiş ziyanın miqyası müəyyənləşdirilir", - o yazıb.

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər