Paşinyan nə qədər və hara qədər qaça biləcək? - AÇIQLAMA
Cənubi Qafqazda sülh prosesi ətrafında müzakirələr intensivləşir. Ermənistan rəhbərliyinin diplomatik gedişləri və danışıqlardakı mövqeyi prosesin gedişatına birbaşa təsir edir. Masada razılığın ləngiməsi isə regionda təhlükəsizlik məsələlərini yenidən diqqət mərkəzinə gətirir.
Paşinyan niyə prosesdən qaçır? Azərbaycan ordusu hərəkətə keçə bilərmi?
Məsələ ilə bağlı hərbi ekspert Ədalət Verdiyev TodayPress TV - yə danışıb.
O bildirib ki, hazırda Ermənistan tərəfi üzərinə götürdüyü bəzi öhdəliklərin icrasını müəyyən qədər ləngitsə də, bu məqam Azərbaycan tərəfində ciddi narahatlıq doğurmur:
"Azərbaycan Ermənistanın düşdüyü çətin vəziyyəti nəzərə alır. Bu səbəbdən təhlükəsizlik məsələləri ilə bağlı Azərbaycan ordusunun hərəkətə keçməsi gözlənilmir".
Ekspert qeyd edib ki, Ermənistan hakimiyyəti Zəngəzur dəhlizinin inşası istiqamətində müəyyən addımlar atır:
"Konstitusiya layihəsinin ictimai müzakirələrə təqdim edilməsi sülh prosesini bir qədər də sürətləndirə bilər. Azərbaycan nümayəndə heyətlərinin Ermənistana səfərlər etməsi və bu səfərlərin sonunda səslənən bəyanatların kifayət qədər müsbət məcrada olması Azərbaycan tərəfindən hərbi addımların atılacağını ehtimal etməyə əsas vermir".
Jalə Rövşən