Rubio: "BMT-nin fəaliyyəti yaradılma məqsədlərinə uyğun gəlmir"
Vaşinqton BMT-nin büdcəsinə ödənişlərin tam həcmdə edilməməsindən təşkilatda islahatların aparılması üçün təzyiq vasitəsi kimi istifadə edir.
TodayPress TV xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə danışıb.
“Düşünürəm ki, BMT-dəki missiyamız təşkilatda mühüm islahatların həyata keçirilməsi istiqamətində uğur qazanır və bu dəyişikliklərin təmin olunması üçün bizim maliyyə töhfələrimizdən təzyiq vasitəsi kimi istifadə edir”, – deyə Rubio bildirib.
Onun sözlərinə görə, ötən il bu istiqamətdə nəzərəçarpan nəticələr əldə olunub və BMT-nin büdcəsinin həqiqi şəkildə azaldılmasına nail olunub.
Rubio eyni zamanda iddia edib ki, BMT-nin fəaliyyəti artıq təşkilatın yaradılma məqsədlərinə tam uyğun gəlmir.
Aysel Mətləb