“Əlbəttə tənqid edəcəyəm” - Britaniya Baş nazirindən Trampa xəbərdarlıq

“Əlbəttə tənqid edəcəyəm” - Britaniya Baş nazirindən Trampa xəbərdarlıq
27.07.2026 02:42 Dünya

Böyük Britaniyanın Baş naziri Endi Börnhem bildirib ki, ölkəsinin milli maraqlarını qorumaq üçün zərurət yaranarsa, ABŞ Prezidenti Donald Trampla açıq şəkildə fikir ayrılığı ifadə etməkdən çəkinməyəcək.

TodayPress TV xəbər verir ki, o, BBC-yə müsahibəsində Trampla ilk təmasının uğurlu keçdiyini və ABŞ liderinin ona “çox mehriban” təsir bağışladığını deyib.

Bununla belə, Trampa etibar edib-etmədiyi sualını birbaşa cavablandırmayan Börnhem qeyd edib ki, “dünya dəyişir” və hadisələrin inkişafına uyğun olaraq “hər şeyi öz adı ilə çağırmaq” lazımdır.

Baş nazir, zəruri hesab edəcəyi təqdirdə Trampı tənqid edib-etməyəcəyi sualına isə “Əlbəttə” cavabını verib.

XƏBƏR LENTİ
27 IYUL 2026
Bütün Xəbərlər