Dənizdə ölümcül hücum: Qarğıdalı daşıyan gəmi batdı, çoxsaylı itki var
Odessa yaxınlığında Rusiya hücumu nəticəsində “Golden Leo” adlı quru yük gəmisi batıb.
TodayPress TV xəbər verir ki, məlumata görə, gəmi batan zaman ekipaj üzvləri artıq göyərtədə olmayıb. Xilasedicilər daha əvvəl səkkiz dənizçini təxliyə edə biliblər. Hücum nəticəsində doqquz ekipaj üzvü və bir ukraynalı losman həlak olub.
Qvineya-Bisau bayrağı altında üzən gəmi qarğıdalı yükü daşıyırmış və Çornomorsk limanından dəniz dəhlizi ilə çıxarkən hücuma məruz qalıb. Hadisənin təfərrüatları araşdırılır.