Ərdoğandan İspaniyaya təcili yardım
Türkiyə İspaniyada davam edən meşə yanğınlarının söndürülməsinə dəstək məqsədilə bu ölkəyə iki yanğınsöndürmə təyyarəsi göndərir.
TodayPress TV xəbər verir ki, bu barədə Türkiyənin Madriddəki səfirliyi məlumat yayıb.
Məlumata münasibət bildirən İspaniyanın Avropa Parlamentindəki deputatı Naço Sançes Amor göstərilən dəstəyə görə Türkiyəyə və Prezident Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.
O bildirib ki, əgər gələcəkdə Türkiyənin də belə bir yardıma ehtiyacı yaranarsa, İspaniya da Ankaraya dəstək göstərməyə hazır olacaq.