Yerdə danışıqlar, “göy”də atəşkəs - Tramp və Zelenski masaya oturur
ABŞ və Ukrayna nümayəndələri hava məkanında atəşkəsin tətbiqi ilə bağlı təklifi müzakirə ediblər.
TodayPress TV xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, sözügedən təklif Rusiyaya növbəti sülh danışıqları zamanı təqdim olunacaq.
Bildirilir ki, çərşənbə axşamı Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüşün keçirilməsi planlaşdırılır. Görüşdə atəşkəs təşəbbüsü və münaqişənin nizamlanması ilə bağlı məsələlərin müzakirə ediləcəyi gözlənilir.