Rusiya bu şəhərin yeganə tikinti hipermarketini hədəf aldı - VİDEO
Rusiyanın Silahlı Qüvvələri Ukraynanın Krivoy Roq şəhərində yerləşən “Epitsentr” ticarət mərkəzinə pilotsuz uçuş aparatı ilə zərbə endirib.
TodayPress TV xəbər verir ki, bu barədə Ukrayna mənbələri məlumat yayıb.
Bildirilib ki, sözügedən ticarət mərkəzi Krivoy Roqda 19 il fəaliyyət göstərib və şəhərdə tikinti materialları üzrə yeganə iri hipermarket olub.
Hadisə nəticəsində dəyən zərər və mümkün itkilərlə bağlı hələlik rəsmi məlumat açıqlanmayıb.