Sumqayıtda faciə - 25 yaşlı gəncin dənizdə cansız bədəni tapıldı

Sumqayıtda faciə - 25 yaşlı gəncin dənizdə cansız bədəni tapıldı
25.07.2026 23:09 Hadisə

Sumqayıtda dənizdə boğulma hadisəsi baş verib.

TodayPress TV xəbər verir ki, hadisə Xəzər dənizinin Corat sahillərində qeydə alınıb.

Əraziyə cəlb olunan müvafiq qurumların əməkdaşları tərəfindən meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Fövqəladə Hallar Nazirliyindən "Report"a verilən məlumata görə, Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində ən yaxın xilasetmə məntəqəsindən 1.5 km aralı, dənizdə nəzarətsiz ərazidə 1 nəfər batıb. Məlumatla əlaqədar dərhal FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Axtarışlar nəticəsində dalğıclar tərəfindən 2000-ci il təvəllüdlü Hüseyinli Ümid Taməddin oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırmalar aparılır.

XƏBƏR LENTİ
26 IYUL 2026
Bütün Xəbərlər