“Ölkəni gey diktator idarə edir” - Tramp İrana elə sözlər dedi ki…
ABŞ Prezidenti Donald Tramp İrandakı hakimiyyətlə bağlı sərt açıqlama verib.
TodayPress TV bu barədə xarici mediaya istinadən xəbər verir.
O bildirib ki, öz administrasiyası dövründə vaxtilə hamının qorxduğu və ABŞ-yə qarşı davamlı hücumlar həyata keçirən güclü rejim devrilib.
Trampın sözlərinə görə, ölkənin əvvəlki rəhbərləri artıq hakimiyyətdən uzaqlaşdırılıb və hazırda İrana daxili fikir ayrılıqları ilə üzləşən “gey diktator” rəhbərlik edir.
Qeyd edək ki, Tramp açıqlamasında konkret şəxsin adını çəkməyib. Bu bəyanat sosial şəbəkələrdə və siyasi dairələrdə geniş müzakirələrə səbəb olub.
Kübra Musayeva