“SVO üçün hər şey” yox oldu – “Wildberries” hərbi məhsulları gizli satır?

“SVO üçün hər şey” yox oldu – “Wildberries” hərbi məhsulları gizli satır?
26.07.2026 15:12 Dünya

Rusiyanın ən böyük onlayn ticarət platformalarından biri olan “Wildberries” artıq “SVO üçün hər şey” və ya sadəcə “SVO” sorğuları üzrə axtarış nəticələri göstərmir.

TodayPress TV xəbər verir ki, məlumata görə, bundan əvvəl istifadəçilərin bu sorğularla əldə etdiyi hərbi təyinatlı məhsullar platformadan tamamilə çıxarılmayıb. Sadəcə müharibə ilə əlaqəli bəzi açar sözlər deaktiv edilib.

Hazırda zirehli jiletlər və dəbilqələr “İdman”, FPV dronları və onlar üçün ehtiyat hissələri isə “TV, audio, foto və video texnikası” kateqoriyasında satışda qalır.

Bununla yanaşı, “SVO məhsulları”, “SVO üçün ləvazimatlar” və ya “SVO dəsti” kimi alternativ axtarış sorğuları ilə hərbi ilk yardım çantaları, ratsiyalar, bel çantaları, şevronlar və müxtəlif bayraqları, o cümlədən sovet bayraqlarını tapmaq mümkündür.

XƏBƏR LENTİ
26 IYUL 2026
Bütün Xəbərlər