Mourinyodan sərt qərar: Bu futbolçular gedəcək

Mourinyodan sərt qərar: Bu futbolçular gedəcək
27.07.2026 09:46 İdman

Madrid “Real”ı baş məşqçi Joze Mourinyonun planlarına uyğun gəlməyən futbolçularla yollarını ayırmağa hazırlaşır.

TodayPress TV xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.

Bildirilir ki, “kral klubu” heyətdə yer açmaq üçün Raul Asensio, Qonsalo Qarsiya və Franko Mastantuono ilə vidalaşmağı planlaşdırır.

Asensio komandada qalmaq istəsə də, bu variantın reallaşması çətin görünür. Qarsiyanın yaxın günlərdə daimi transferlə, Mastantuononun isə icarə əsasında komandadan ayrılacağı qeyd olunur.

Bununla yanaşı, yarımmüdafiəçilər Braim Dias və Eduardo Kamavinqa da Mourinyonun əsas heyət planlarında yer almırlar. Buna baxmayaraq, hər iki futbolçu “Real”da qalaraq əsas heyətdə yer uğrunda mübarizə aparmaq niyyətindədir.

Qeyd edək ki, bu məlumat hələlik Madrid təmsilçisi tərəfindən rəsmi şəkildə təsdiqlənməyib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
27 IYUL 2026
Bütün Xəbərlər