Kosmosda müharibə başlayır? - Ərdoğan dünyaya xəbərdarlıq etdi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan kosmosun hərbiləşdirilməsinə və onun silahlanma yarışının alətinə çevrilməsinə qarşı çıxaraq, bunu bəşəriyyətin ümumi gələcəyinə təhdid adlandırıb.
TodayPress TV xəbər verir ki, bu barədə o, Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresinin açılışında danışıb.
"Xüsusilə kosmosda silahların yerləşdirilməsi və onun silahlanma yarışının alətinə çevrilməsi son dərəcə yanlışdır. Hətta bu, təhlükəlidir. Bu, bəşəriyyətin ümumi gələcəyinə açıq-aşkar təhdid təşkil edir. Biz son vaxtlar bu mövzunun geniş yayıldığını görürük və bunu yanlış hesab edirik", – deyə Ərdoğan bildirib.
Türkiyənin kosmosun mənimsənilməsi sahəsindəki yaxın planlarından danışan Ərdoğan milli Ay missiyasının hazırlanmasının əsas mərhələlərindən birinin başa çatdığını bəyan edib:
"Aya dair tədqiqat proqramımız çərçivəsində hazırladığımız Ay kosmik aparatının istehsalını, yığılmasını və inteqrasiyasını başa çatdırmışıq. Hazırda xarici mühit təsirlərinə sınaqlar keçiririk".
Aysel Mətləb