Ermənistanda saxlanılan əsgərimizdən XƏBƏR VAR
Naməlum şəraitdə Ermənistan ərazisinə keçdikdən sonra saxlanılan Azərbaycan əsgəri Nəsimi Musayev İrəvana aparılıb.
TodayPress TV Globalinfo-ya istinadla xəbər verir ki, əsgərimiz İrəvanda yerləşən tibb mərkəzlərindən birinə köçürülüb.
Nəsimi Musayevin məhz hansı tibb müəssisəsinə yerləşdirilməsi və vəziyyəti ilə bağlı məlumat verilmir.
Qeyd edək ki, Nəsimi Musayevin oktyabrın 1-də Ermənistanda saxlanılıb.