Transfer bombası: “Real” Rodri üçün hərəkətə keçdi

Transfer bombası: “Real” Rodri üçün hərəkətə keçdi
27.07.2026 10:25 İdman

Madrid “Real”ı “Mançester Siti”nin yarımmüdafiəçisi Rodrinin transferi üçün ilk rəsmi təklifini hazırlayır.

TodayPress TV xəbər verir ki, bu barədə insayder Nikolo Skira məlumat yayıb.

Bildirilir ki, “kral klubu” 29 yaşlı ispaniyalı futbolçu üçün “şəhərlilər”ə 50-60 milyon avro məbləğində təklif göndərməyi planlaşdırır.

Rodri “Mançester Siti”nin yeni müqavilə təklifini qəbul etməyib. Futbolçunun karyerasını “Real”da davam etdirmək istədiyi və Madrid klubu ilə 2030-cu ilə qədər nəzərdə tutulan şəxsi müqavilənin şərtlərini razılaşdırdığı iddia olunur.

İndi isə “Real”ın qarşısında “Mançester Siti” ilə transfer məbləği üzrə razılıq əldə etmək vəzifəsi dayanır. Daha əvvəl İngiltərə təmsilçisinin komandanın aparıcı futbolçularından olan Rodrini heyətdə saxlamaq istədiyi bildirilirdi.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
27 IYUL 2026
Bütün Xəbərlər