Leau üçün yarış qızışdı: Favorit “Beşiktaş”dır

Leau üçün yarış qızışdı: Favorit “Beşiktaş”dır
27.07.2026 09:30 İdman

“Beşiktaş” “Milan”ın cinah oyunçusu Rafael Leaunun transferi üçün aparılan danışıqlarda ən irəlidə olan klubdur.

TodayPress TV xəbər verir ki, bu barədə tanınmış jurnalist Saşa Tavolyeri məlumat yayıb.

Mənbənin iddiasına görə, hazırda məhz “Beşiktaş” portuqaliyalı futbolçunun nümayəndələri ilə danışıqlarda digər klubları qabaqlayır. “Qalatasaray” da Leau ilə maraqlansa da, “aslanlar”ın marağı hələlik konkret mərhələyə çatmayıb.

Bildirilir ki, “Milan” klubu 27 yaşlı futbolçunu icarəyə buraxmaq niyyətində deyil. Leaunun İtaliya klubunu tərk etməsi yalnız tamhüquqlu transfer əsasında baş tuta bilər. “Rossoneri” rəhbərliyi başqa variantları nəzərdən keçirmir.

Qeyd edək ki, Rafael Leau ötən mövsüm bütün turnirlərdə keçirdiyi 31 oyunda 10 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “Milan”la müqaviləsinin müddəti 2028-ci ilin yayına qədərdir. Transfermarkt portalında portuqaliyalı futbolçunun bazar dəyəri 50 milyon avro qiymətləndirilir.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
27 IYUL 2026
Bütün Xəbərlər