Borçalıdakı soydaşlarımızın beynini yudular - İran üçün qurban olan türk oğul - qızlarının miskin görüntüləri - VİDEO

Borçalıdakı soydaşlarımızın beynini yudular - İran üçün  qurban olan türk oğul - qızlarının miskin görüntüləri - VİDEO
27.07.2026 10:17 Gündəm

Borçalı türklərinin Kərbəladan yayılan görüntüləri birmənalı qarşılanmayıb. Sosial şəbəkələrdə müzakirələrə səbəb olan kadrlarda Gürcüstandan olan bir qrup şəxsin İraqın Kərbəla şəhərində keçirilən dini mərasimdə iştirak etdiyi görünür.

TodayPress TV xəbər verir ki, görüntüləri sosial şəbəkədə paylaşan ictimai fəal İlqar Altay məsələyə sərt münasibət bildirib. 

Onun sözlərinə görə, mərasim zamanı Gürcüstan, İran və ərəb rəmzləri nümayiş etdirilsə də, türk kimliyini ifadə edən hər hansı simvola rast gəlinməyib.

"Budur, köklü Qarapapaq türk əsilli Borçalı gəncləri minlərlə kilometr yol qət edərək İraqın Kərbəla şəhərinə gedir, Gürcüstan bayrağı altında İmam Hüseynin (ə.s.) şəhadətinin 1400 illiyi münasibətilə verilən ehsanda iştirak edirlər. Düz 10 gün davam edən, türklərin təşkil etdiyi bu ehsanda Gürcüstanın, ərəb və İranın bayraq və rəmzləri var, amma türkün bir dənə də olsun nişanəsi yoxdur.

Deməli, Gürcüstandakı 500 minlik Borçalı türk toplumundan İran molla rejiminin təbliğatı ilə beyni yuyularaq qurban verilən nə qədər türk oğul-qızı var, bundan sonra da olacaqsa, onların hamısı ümumtürk dünyasının itkisi hesab olunur. İran Fələstinlə baş qatıb, öz işini görüb", – o vurğulayıb.

Xatırladaq ki, 2026-cı ilin mart ayında Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti ölkədə İranın dini təsir şəbəkəsinin fəaliyyəti ilə bağlı yayılan iddialar əsasında araşdırmaya başladığını açıqlamışdı.

Jalə Rövşən 

XƏBƏR LENTİ
27 IYUL 2026
Bütün Xəbərlər