Klarkın rekord göstəricisi NBA ulduzlarını kölgədə qoydu

Klarkın rekord göstəricisi NBA ulduzlarını kölgədə qoydu
27.07.2026 09:34 İdman

“İndiana Fiver” basketbol klubunun ulduzu Keytlin Klark uzaq məsafədən üç xallıq atışlarda ABŞ Milli Basketbol Assosiasiyası (NBA) ulduzları Stiven Karri və Demyen Lillardı geridə qoyub.

TodayPress TV xəbər verir ki, bu barədə “Polymarket Hoops” statistik platforması məlumat yayıb.

Bildirilir ki, Klark hazırda WNBA tarixində üç xallıq atışların orta məsafəsinə görə rekord göstəriciyə malikdir. Onun dəqiq üç xallıq zərbələrinin orta məsafəsi 8,32 metr təşkil edir ki, bu da Stiven Karri və Demyen Lillardın göstəricilərini üstələyir.

Qeyd edək ki, WNBA-da üç xallıq xətt səbətdən 6,75 metr, NBA-da isə 7,24 metr məsafədə yerləşir. Bu isə o deməkdir ki, Keytlin Klarkın dəqiq atışlarının orta məsafəsi qadın basketbolundakı üç xallıq xəttdən 1,5 metrdən çox uzaqdır.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
27 IYUL 2026
Bütün Xəbərlər