Kürdəmirdə yanacaqdoldurma məntəqəsinin yaxınlığında yanğın başladı - VİDEO

Kürdəmirdə yanacaqdoldurma məntəqəsinin yaxınlığında yanğın başladı - VİDEO
27.07.2026 09:56 Hadisə

Kürdəmir rayonunda yanğın başlayıb.

TodayPress TV xəbər verir ki, bununla bağlı oxu.az-ın qaynar xəttinə məlumat daxil olub.

Bildirilib ki, yanğın yanacaqdoldurma məntəqəsinin yaxınlığında baş verib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən bildirilib ki, Nazirliyin "112" qaynar telefon xəttinə Kürdəmir rayonunun Atakişili kəndində açıq ərazidə yanğın baş verməsi barədə informasiya daxil olub.

"Dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Kürdəmir Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib. Hazırda açıq ərazidə məişət və təkər tullantılarının toplandığı sahədə baş vermiş yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir", - deyə açıqlamada bildirilir.

TodayPress TV

XƏBƏR LENTİ
27 IYUL 2026
Bütün Xəbərlər