Kiyev klubundan UEFA-ya çağırış: Təxribatı araşdırın

Kiyev klubundan UEFA-ya çağırış: Təxribatı araşdırın
27.07.2026 09:44 İdman

“Dinamo Kiyev” klubu Avropa Liqasının II təsnifat mərhələsində PAOK-la keçirilən ilk oyunda tribunada Rusiya bayrağının nümayiş etdirilməsi ilə bağlı UEFA-ya rəsmi etiraz göndərib.

TodayPress TV xəbər verir ki, Ukrayna təmsilçisi bununla bağlı rəsmi bəyanat yayıb.

Bəyanatda bildirilir ki, iyulun 23-də keçirilən və PAOK-un 3:2 hesablı qələbəsi ilə başa çatan qarşılaşma zamanı Yunanıstan təmsilçisinin bəzi azarkeşləri tribunada Rusiya bayrağı qaldırıblar. Klub bu hadisənin UEFA-nın müvafiq intizam orqanları tərəfindən araşdırılmasını tələb edib.

“Dinamo” həmçinin qeyd edib ki, PAOK-un bəzi futbolçuları da azarkeşlərə müraciət edərək Rusiya simvollarını tribunadan yığışdırmağa çağırıblar.

Kiyev təmsilçisi bəyanatında futbolun xalqları birləşdirən vasitə olduğunu vurğulayaraq, UEFA-nı cavab oyunu öncəsi hadisəyə prinsipial qiymət verməyə çağırıb.

Qeyd edək ki, UEFA daha əvvəl Rusiya klublarını Avropa turnirlərindən kənarlaşdırıb. “Dinamo Kiyev” klubunun  rəhbərliyi qurumu irqçilik və ksenofobiya hallarına göstərdiyi həssaslığı bu hadisəyə münasibətdə də nümayiş etdirməyə səsləyib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
27 IYUL 2026
Bütün Xəbərlər