"Mən Kolumbiya bayrağını Trampa təhvil verməmişəm" - Petro
Kolumbiya Prezidenti Gustavo Petro ABŞ Prezidenti Donald Trampı iyunun 21-də keçiriləcək prezident seçkilərinin ikinci turunda ifrat sağçı namizəd Abelardo de la Espriellaya dəstəyini açıqlamaqla Kolumbiyanın daxili işlərinə müdaxilə etməkdə ittiham edib.
TodayPress TV xəbər verir ki, bu barədə o, ölkənin “RTVC” telekanalına müsahibəsində danışıb.
Petro bildirib ki, fevralın 3-də Ağ Evdə Trampla keçirdiyi görüşdə Vaşinqton administrasiyası Kolumbiyanın daxili işlərinə qarışmamaq öhdəliyi götürüb, lakin Trampın son açıqlamaları bu öhdəliyin pozulması deməkdir:
“Kolumbiyanın daxili işlərinə qarışmamaq barədə mənimlə əldə etdiyi razılaşmaya xəyanət edir. Kolumbiya xalqını sərbəst şəkildə səs verməyə və öz seçimini etməyə imkan verməlidir. Mən Kolumbiya bayrağını Donald Trampa təhvil verməmişəm”.
Kolumbiya prezidenti həmçinin iddia edib ki, ABŞ administrasiyası ölkəsinin BMT-nin Təhlükəsizlik Şurasına sədrlik etdiyi dövrdə onun fəaliyyətini məhdudlaşdıran logistik tədbirlər görüb.
“BMT Təhlükəsizlik Şurasının sədrliyini qəbul etmək üçün getməli idim. Mənə müəyyən şərtlər irəli sürdülər. Dedilər ki, universitetdə çıxış edə, Nyu-York meri ilə görüşə bilməyəcəm. Bu nə deməkdir?”, – deyə o etiraz edib.
Aysel Mətləb