İran Küveyt və Bəhreynə hücumlarına bəraət qazandırdı: “Bu, özünümüdafiə idi”

İran Küveyt və Bəhreynə hücumlarına bəraət qazandırdı: “Bu, özünümüdafiə idi”
03.06.2026 20:10 Dünya

İranın xarici işlər naziri Abbas Əraqçi ölkəsinin Küveyt və Bəhreynə etdiyi hücumu “özünümüdafiə zərbələri” adlandıraraq buna bəraət qazandırıb.

TodayPress TV xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, İran ABŞ qüvvələrinin “mülki gəmiçiliyə hücum etmək və atəşkəsi pozmaq üçün istifadə etdiyi” obyektləri hədəf alıb.

“Sanksiyaların və müharibənin nail ola bilmədiyi şeyləri daha çox müharibə etməklə qazanmaq mümkün olmayacaq”, – deyə o əlavə edib.

Xatırladaq ki, Küveyt 30 ballistik raket və dronun qarşısını alıb. Ölkənin hava limanına endirilən zərbə nəticəsində isə bir nəfər həlak olub, onlarla insan yaralanıb.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər