Qadın basketbolçularımız Polşanı məğlub edib pley-inə yüksəldi

Qadın basketbolçularımız Polşanı məğlub edib pley-inə yüksəldi
03.06.2026 21:40 İdman

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı Varşavada təşkil olunan Dünya Kubokunun qrup mərhələsində sonuncu matçını keçirib.

TodayPress TV xəbər verir ki, Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv Polşa millisi ilə üz-üzə gəlib.

Görüş Azərbaycan seçməsinin 20:13 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra komanda turnirin pley-in mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, A qrupunda yer alan yığma daha əvvəl Madaqaskarı (21:13) və Çexiyanı (14:11) məğlub edib, Niderlanda isə uduzub - 13:19.

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər