Sosial media fenomeninin istirahəti faciə ilə nəticələndi - VİDEO

Sosial media fenomeninin istirahəti faciə ilə nəticələndi - VİDEO
03.06.2026 19:53 Dünya

Türkiyəli sosial media fenomeni Dilan Polad və ailəsi istirahət etdikləri oteldə silahlı hücuma məruz qalıb.

TodayPress TV xəbər verir ki, hadisə ailənin Alaçatıda tətildə olduğu zaman baş verib.

Dilan Poladın həyat yoldaşı Engin Poladın həm də əmisi oğlu olan şəxsi mühafizəçisi Can Polad güllələnib. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Silahlı hücum zamanı otel otağında qalan Dilan Polad dərhal sosial şəbəkədə canlı yayım açaraq kömək istəyib:

“Yalvarıram, bura polis və təcili yardım göndərin... Can Poladı vurdular. Allahım, həyatımız artıq zindana döndü. Nə olar kömək edin, hamımız otaqda qapalı qalmışıq”.

XƏBƏR LENTİ
22 IYUL 2026
Bütün Xəbərlər