ABŞ Livan və İsrail arasında təhlükəsizlik planının təsdiqini gözləyir

ABŞ Livan və İsrail arasında təhlükəsizlik planının təsdiqini gözləyir
03.06.2026 19:00 Dünya

Vaşinqton məsləhətləşmələrin beşinci raundunun yekununda Livan və İsrailin təhlükəsizliyin möhkəmləndirilməsi üzrə fəaliyyət planını təsdiqləyəcəklərini gözləyir.

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio Konqresin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələr zamanı bildirib.

“Hazırda mən sizinlə danışarkən, artıq ikinci gündür ki, və uzun illərdən sonra ilk dəfə olaraq Livanın qanuni hökumətinin rəhbərləri ilə İsrail hakimiyyətinin nümayəndələri Dövlət Departamentində görüş keçirirlər. Ümid edirəm ki, onlar bu gün həmin ölkədə təhlükəsizliyin gücləndirilməsinə dair birgə bəyanat və fəaliyyət planı qəbul edəcəklər”, – deyə Rubio bildirib.

Dövlət katibi əlavə edib ki, ötən həftə tərəflər arasında oxşar görüşlər hərbi səviyyədə, Pentaqonda baş tutub.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
21 IYUL 2026
Bütün Xəbərlər