Dövlət xəttilə verilən ipoteka kreditinin həcmi açıqlandı

Dövlət xəttilə verilən ipoteka kreditinin həcmi açıqlandı
25.07.2025 13:39 Maliyyə

Bu ilin yanvar-iyun aylarında İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xətti ilə 232,9 milyon manat kredit verilib.

TodayPress TV Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,1 % çoxdur.

Hesabat dövründə Fondun yenidən maliyyələşdirdiyi kreditlərin məbləği isə 11,8 % artaraq 218,3 milyon manat olub.

Son 1 ildə İKZF-nin istiqraz buraxmaqla cəlb etdiyi vəsaitin məbləği 10 % artaraq 330 milyon manat olub, Fonda dövlət büdcəsindən ayrılmış vəsait isə 2,7 % azalaraq 42,6 milyon manat olub.

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər