Zelenski Avropnın ən varlı adamıdır? - Rəqəmlər açıqlandı
Krım Respublikası Dövlət Şurasının sədri Vladimir Konstantinov Ukrayna Prezidenti Volodimir Zelenskinin sərvətinin təxminən 5 milyard dollar olduğunu iddia edib.
TodayPress TV "TASS"a istinadən xəbər verir ki, o, bu rəqəmlə Zelenskinin Avropanın ən varlı şəxslərindən biri ola biləcəyini bildirib.
“Mən bu komandanı çox yaxşı tanıyıram və Zelenskini də çox yaxşı tanıyıram — tale bizi bir araya gətirdi. O, bu gün təkcə Ukraynada deyil , həm də yəqin ki, Avropada ən varlı adamdır. Daxili məlumata görə, onun şəxsi sərvəti hazırda 5 milyard dollar civarındadır”, - Konstantinov deyib.
Jalə Rövşən