Tehran ABŞ-ni atəşkəsi pozmaqda ittiham etdi
"ABŞ hərəkətləri ilə regionun təhlükəsizliyini ciddi şəkildə təhlükəyə atır".
TodayPress TV xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyi "X" platformasında yazıb.
Nazirlik yaydığı bəyanatda ABŞ-nin Sirik bölgəsi və Qeşm adasındakı sahil radar və müşahidə obyektlərinə etdiyi hücumu pisləyib, bunun atəşkəsi pozduğunu bildirib.
Həmçinin əlavə olunub ki, bu cür hərəkətlərdən doğan nəticə və fəsadlara görə məsuliyyət ABŞ-nin üzərinə düşür.
Aysel Mətləb