Beynəlxalq reytinq agentliyi Azərbaycanın dövlət borcunu açıqladı
Azərbaycanın dövlət borcu investisiya reytinqli ölkələr arasında ən aşağı səviyyələrdən biri olaraq qalır.
TodayPress TV xəbər verir ki, "Fitch Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanın dövlət borcu ilə bağlı proqnozunu açıqlayıb.
Agentlik qeyd edir ki, ölkənin xarici dövlət borcu son illərdə mütləq ifadədə azalma tendensiyası nümayiş etdirib. Gələcəkdə mümkün borc artımı isə əsasən su təsərrüfatı və nəqliyyat sahələrində həyata keçiriləcək layihələrdən asılı olacaq.
Xatırladaq ki, 2026-cı il aprelin 1-nə olan məlumata görə, Azərbaycanın dövlət borcu 24 milyard 464,7 milyon manat təşkil edib. Bu da cari il üçün proqnozlaşdırılan ÜDM-in 18,7%-nə bərabərdir.
Jalə Rövşən