Azərbaycanın 3x3 basketbol yığması Dünya Kubokunda Almaniya ilə qarşılaşacaq
Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol yığması Polşanın paytaxtı Varşavada təşkil olunan Dünya Kubokunda bu gün növbəti görüşünü keçirəcək.
TodayPress TV xəbər verir ki, Ratomir Deliçin baş məşqçisi olduğu kollektiv 1/4 finalda Almaniya ilə üz-üzə gələcək.
Qarşılaşma saat 21:00-da start götürəcək.
Qeyd edək ki, Azərbaycan millisi ötən gün pley-in mərhələsində Litvanı 14:12 hesabı ilə məğlub edib.