Bəhreyn İran raketlərini vurduğunu bəyan etdi

Bəhreyn İran raketlərini vurduğunu bəyan etdi
06.06.2026 18:30 Dünya

Bəhreynin hava hücumundan müdafiə vasitələri İran tərəfindən atılan üç ballistik raketi və bir neçə zərbə pilotsuz uçuş aparatını (PUA) zərərsizləşdirib.

TodayPress TV xəbər verir ki, bu barədə Bəhreyn Müdafiə Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Sənəddə qeyd olunub ki, "mülki əhalini və şəxsi mülkiyyəti vurmaq üçün raket və PUA-lardan qəsdən istifadə edilməsi" "beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır".

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər