Mertsə etimad rekord həddə düşdü - SORĞU

Mertsə etimad rekord həddə düşdü - SORĞU
06.06.2026 19:00 Dünya

Almaniya sakinlərinin ölkə kansleri Fridrix Mertsin fəaliyyətindən narazılıq səviyyəsi rekord həddə çatıb.

TodayPress TV xəbər verir ki, bu barədə məlumat "Bild" qəzetinin sifarişi ilə "INSA" sosioloji institutu tərəfindən keçirilən rəy sorğusunun nəticələrində əksini tapır.

Respondentlərin yalnız 15%-i Mertsin fəaliyyətini müsbət qiymətləndirib ki, bu da antirekorddur. Aprelin sonu ilə müqayisədə bu göstərici 4 faiz bəndi azalıb. Eyni zamanda, rəyi soruşulanların 77%-i kanslerdən narazıdır. Daha 8% isə cavab verməkdə çətinlik çəkib.

Merts hökumətinin işindən isə respondentlərin yalnız 16%-i razıdır, 78%-i isə onun fəaliyyətini mənfi qiymətləndirir.

Aysel Mətləb

TodayPress TV

XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər