Bakıda keçiriləcək çövkən üzrə dünya çempionatının təqvimi açıqlandı

Bakıda keçiriləcək çövkən üzrə dünya çempionatının təqvimi açıqlandı
06.06.2026 16:47 İdman

Bakıda iyunun 7-dən ayın 13-nə qədər keçiriləcək çövkən üzrə dünya çempionatınının təqvimi müəyyənləşib.

TodayPress TV xəbər verir ki, qrup mərhələsinin oyunları iyunun 7-11-də baş tutacaq.

Yarımfinal qarşılaşmalarına iyunun 12-də start veriləcək. Final və 3-cü yer uğrunda görüşlər isə iyunun 13-də keçiriləcək.

Turnirdə mübarizə aparacaq 10 komanda iki qrupa bölünüb. A qrupunda Nigeriya, Uruqvay, Türkiyə, Niger və Polşa yer alıblar. B qrupunda isə Azərbaycan Özbəkistan, Qazaxıstan, Çili və Küveyt yığmaları mübarizə aparacaqlar.

Qeyd edək ki, çövkən üzrə dünya çempionatının bütün oyunları Binə Atçılıq Mərkəzində keçiriləcək.


XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər