Ermənistanın bu addımı ona baha başa gələ bilər
Ermənistan Avropa Birliyinə (AB) qoşulacağı təqdirdə itkilərlə üzləşəcək.
TodayPress TV xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin "İzvestiya" qəzetinə verdiyi müsahibədə deyib.
O qeyd edib ki, İrəvanın mallar, xidmətlər, kapital və işçi qüvvəsi üçün geniş bazara çıxışı var, lakin AB-yə qoşularsa, onu itirəcək:
"Və müvafiq olaraq, ölkə həm əsas ixrac bazarlarını, həm də əmək miqrasiyası bazarlarını itirəcək. Başqa sözlə, itkilər Ermənistanın ÜDM-ində böyük rəqəmlərlə ifadə olunacaq".
Qeyd edək ki, Rusiya Ermənistanın Aİİ-dən çıxa biləcəyi iddiası ilə İrəvana qarşı genişmiqyaslı kampaniya aparır.
Jalə Rövşən