Kəlbəcərdə Faciə - əsgərin həyatını xilas edərkən şəhid oldu - FOTOLAR

Kəlbəcərdə Faciə - əsgərin həyatını xilas edərkən şəhid oldu - FOTOLAR
06.06.2026 14:25 Hadisə

Kəlbəcər rayonu ərazisində Azərbaycan Ordusunun hərbçisi həlak olub.

TodayPress TV  Oxu.Az- a istinadən xəbər verir ki, gizir Rəcəb Mənsimli xidmət zamanı baş verən hadisə nəticəsində həyatını itirib.

İlkin məlumata əsasən, hadisə Kəlbəcərdə yerləşən Ömər aşırımı istiqamətində qeydə alınıb. Bildirilir ki, R.Mənsimli aşırımda yıxılan əsgərə kömək etmək üçün gedib, həmin əsgər xilas edilib, özü isə həyatını itirib.

Gizir Rəcəb Mənsimli bu gün Yardımlı rayonunun Zevin kəndində torpağa tapşırılıb. Onun ailəli olduğu bildirilir, övladı olmayıb.

Məsələ ilə bağlı Müdafiə Nazirliyinə sorğu ünvanlanıb. 



XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər