Azovda gəmiyə PUA hücumu nəticəsində yaralanan Azərbaycan vətəndaşlarının vəziyyəti açıqlandı - FOTOLAR

Azovda gəmiyə PUA hücumu nəticəsində yaralanan Azərbaycan vətəndaşlarının vəziyyəti açıqlandı - FOTOLAR
06.06.2026 14:03 Gündəm

Azov dənizində gəmiyə PUA hücumu nəticəsində yaralanan Azərbaycan vətəndaşlarından ikisinin vəziyyəti orta ağır, ikisininki isə normaldır.

TodayPress TV xəbər verir ki, bunu Yeyskdəki Azərbaycan cəmiyyətinin sədri Fərhad Məmmədov bildirib.

O, Yeysk Mərkəzi Xəstəxanasının travmatalogiya şöbəsinə müalicə olunan həmyerlilərimizə baş çəkdiyini, onların müəyyən ehtiyaclarının qarşılandığını, sağlamlıq vəziyyətlərinin həkimlərin nəzarəti altında olduğunu söyləyib. Vurğulayıb ki, Azərbaycan vətəndaşları Rəşad Mədətxanov, Samid İbadlı, Emin Valehov və Namiq Cəfərli həkimlərin diqqəti altındadır.

Yaralı Azərbaycan vətəndaşları da APA-nın Rusiya bürosuna açıqlamalarında vəziyyətlərinin normal olduğunu, xəstəxanada müalicələrinin davam etdiyini bildiriblər. Onlar Yeyskdəki Azərbaycan diasporu və Rusiyadakı Azərbaycan Səfirliyinin əməkdaşlarının onları ziyarət etdiyini, bütün ehtiyacları ilə maraqlandıqlarını qeyd ediblər.

Azərbaycan vətəndaşlarının gələn həftənin birinci günü xəstəxanadan buraxılacağı bildirilib. Lakin onların üstündə sənədlər olmadığına görə (PUA hücumu zamanı sənədlər gəmidə itib-red) xəstəxanadan buraxılmanın bir müddət uzanacağı bildirilib.

Qeyd olunub ki, Azərbaycan səfirliyi onların sənədlərinin təmin olunmasıı üzərində işləyir.


FOTOLAR

Azovda gəmiyə PUA hücumu nəticəsində yaralanan Azərbaycan vətəndaşlarının vəziyyəti açıqlandı - FOTOLAR — 1
Azovda gəmiyə PUA hücumu nəticəsində yaralanan Azərbaycan vətəndaşlarının vəziyyəti açıqlandı - FOTOLAR — 2
Azovda gəmiyə PUA hücumu nəticəsində yaralanan Azərbaycan vətəndaşlarının vəziyyəti açıqlandı - FOTOLAR — 3
Azovda gəmiyə PUA hücumu nəticəsində yaralanan Azərbaycan vətəndaşlarının vəziyyəti açıqlandı - FOTOLAR — 4
Azovda gəmiyə PUA hücumu nəticəsində yaralanan Azərbaycan vətəndaşlarının vəziyyəti açıqlandı - FOTOLAR — 5
XƏBƏR LENTİ
07 IYUN 2026
Bütün Xəbərlər