XİN məlumat yaydı - Azovda yaralanan vətəndaşlarımızın vəziyyəti

XİN məlumat yaydı - Azovda yaralanan vətəndaşlarımızın vəziyyəti
06.06.2026 16:37 Gündəm

Azərbaycan XİN Azov dənizində gəmilərin vurulması nəticəsində Azərbaycan vətəndaşlarının vəziyyəti barədə məlumat yayıb.

XİN-dən TodayPress TV -yə verilən məlumatda bildirilib ki, 5 iyun tarixində Azov dənizində yük gəmilərinə qarşı həyata keçirilmiş dron hücumu nəticəsində vətəndaşlarımızın həlak olduğu və xəsarət alması xəbərindən dərhal sonra Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı Səfirliyinin əməkdaşları dərhal əraziyə yola düşüblər.

Səfirliyin Konsulluq bölməsinin əməkdaşları hazırda Yeysk şəhərindədir və yaralanmış, habelə xilas edilmiş Azərbaycan vətəndaşlarının yanında olaraq müvafiq konsulluq dəstəyi göstərirlər. Yaralıların vəziyyəti yaxşıdır, bir neçəsinin qısa müddətdə xəstəxanadan buraxılması nəzərdə tutulur.

Rusiya Federasiyasının aidiyyəti qurumları tərəfindən həyata keçirilən axtarış-xilasetmə tədbirləri çərçivəsində həlak olan şəxslərin kimliklərinin müəyyənləşdirilməsi və digər zəruri tədbirlər davam etdirilir.

Eyni zamanda, xilas edilmiş Azərbaycan vətəndaşları üçün sənədləşdirmə işlərinin həyata keçirilməsi, onların qayıdış şəhadətnamələri ilə təmin olunması və ölkəyə qayıdışlarının təşkili istiqamətində zəruri tədbirlər görülür.

Xarici İşlər Nazirliyi məsələni xüsusi nəzarətdə saxlayır və aidiyyəti qurumlarla sıx əlaqələndirmə işləri aparır.

Həlak olan şəxslərin kimlikləri, onların cənazələrinin ölkəmizə gətirilməsi barədə ictimaiyyətə əlavə məlumat veriləcəkdir".


XƏBƏR LENTİ
06 IYUN 2026
Bütün Xəbərlər