Ceyhun Bayramov və Abbas Əraqçi görüşdü - DETALLAR

Ceyhun Bayramov və Abbas Əraqçi görüşdü - DETALLAR
22.09.2026 23:27 Xarici siyasət

Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.

Görüş zamanı ikitərəfli və çoxtərəfli gündəlik, regional proseslər nəzərdən keçirilib.

Nazirlər davamlı yüksək səviyyəli təmasların, qarşılıqlı hörmətin və mehriban qonşuluq münasibətlərinin vacibliyini vurğulayıblar.

Azərbaycan və İran prezidentlərinin 2026-cı ilin avqustunda Bişkekdə keçirilən görüşü ikitərəfli əməkdaşlığın genişləndirilməsi istiqamətində daha bir mühüm addım kimi qabardılıb.

Diplomatiya və dialoqun əhəmiyyəti, həmçinin sülh və sabitliyin təşviq edilməsi, regional təhlükəsizlik məsələləri də müzakirə olunub.

***

İranın xarici işlər naziri Abbas Əraqçi azərbaycanlı həmkarı Ceyhun Bayramovla görüşüb.

TodayPress TV xəbər verir ki, A. Əraqçi bu barədə özünün "Telegram" kanalında məlumat yayıb.

Görüş Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində baş tutub. Təfərrüatlar açıqlanmayıb.

XƏBƏR LENTİ
23 SENTYABR 2026
Bütün Xəbərlər