Qara dənizdə GƏRGİNLİK: "Buna göz yuma bilmərik!" - Ərdoğan
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qara dənizdə ticarət gəmilərinə hər hansı hücumun qəbuledilməz olduğunu bildirib.
TodayPress TV xəbər verir ki, bu barədə o, Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyasındakı çıxışı zamanı danışıb.
"Biz Qara dənizdə gəmiçiliyin təhlükəsizliyini bərpa etmək, ərzaq təhlükəsizliyini təmin etmək və müharibənin daha geniş coğrafiyaya yayılmasının qarşısını almaq üçün tərəflərlə təmasları davam etdiririk. Mən xüsusilə vurğulayıram ki, son vaxtlar Qara dənizdə ticarət gəmilərinə edilən hücumlar qəbuledilməzdir", - deyə o vurğulayıb.
Aysel Mətləb