İranla saziş bağlanacaq, əks təqdirdə... - Trampdan sərt seçim

İranla saziş bağlanacaq, əks təqdirdə... - Trampdan sərt seçim
22.09.2026 20:50 Dünya

İranla respublikaya inkişaf gətirəcək sazişin bağlanmasına alternativ onun "tez bir zamanda məhv edilməsi" olacaq.

TodayPress TV xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyasındakı çıxışı zamanı bildirib.

Eyni zamanda o, sazişin noyabrın əvvəlində ABŞ Konqresinə keçiriləcək aralıq seçkilərindən dərhal sonra bağlanacağını bəyan edib:

"Mən vacib bir qərar qəbul etməliyəm. İranın bərpa olunmasına və əvvəlkindən daha böyük, bəlkə də Yaxın Şərqdə, hətta dünyada ən qüdrətli ölkələrdən birini yaratmasına imkan verəcək saziş bağlanacaq, yoxsa mən İslam Respublikasını məhv edəcəyəm və bunu tez bir zamanda edəcəyəm", - deyə Tramp vurğulayıb.

Aysel Mətləb

XƏBƏR LENTİ
22 SENTYABR 2026
Bütün Xəbərlər