Tramp Kubanın “qapalı əlaqələrini” gündəmə gətirdi
ABŞ Prezidenti Donald Tramp Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyasındakı çıxışında Kuba hakimiyyətini onilliklər ərzində ABŞ Kommunist Partiyası ilə əlaqə saxlamaqda ittiham edəcək.
TodayPress TV xəbər verir ki, Ağ Ev onun nitqindən çıxarışları təqdim edib.
"Kuba rejimi onilliklər ərzində burada, Birləşmiş Ştatlarda radikal solçular və kommunist şəbəkələri ilə əlaqə saxlayıb. Dövlət Departamentimizin ətraflı bildirdiyi kimi, onlar ABŞ Kommunist Partiyası, "Antifa" və "Amerikanın Demokratik Sosialistləri" kimi pozucu və radikal qruplaşmalarla əlaqə qurublar", - deyə dövlət başçısı bildirib.
Aysel Mətləb