Sabahdan bu qurumlar distant iş rejiminə keçir

Sabahdan bu qurumlar distant iş rejiminə keçir
22.09.2026 17:26 Daxili siyasət

Sabahdan, sentyabrın 23-dən Bakıda "Formula 1" yarışı səbəbilə Hökumət Evində yerləşən dövlət qurumları distant iş rejiminə keçəcək.

TodayPress TV xəbər verir ki, distant qaydada iş rejimi sentyabrın 28-dək davam edəcək.

Bu iş rejimi "Formula 1" trekinin həmin ərazidən keçməsi ilə əlaqədardır.

Qeyd edək ki, "Formula 1" üzrə Azərbaycan Qran-prisi sentyabrın 24-26-da baş tutacaq.

TodayPress TV

XƏBƏR LENTİ
22 SENTYABR 2026
Bütün Xəbərlər