“Red Bull” ulduzunun Bakı həyəcanı: “Ən yaxşı bildiyim işə qayıdıram!”

“Red Bull” ulduzunun Bakı həyəcanı: “Ən yaxşı bildiyim işə qayıdıram!”
22.09.2026 15:42 İdman

“Red Bull” pilotu İsak Hacar bilək zədəsindən bərpa olunduqdan sonra Bakı mərhələsində yenidən mübarizəyə qoşulması barədə danışıb.

TodayPress TV xəbər verir ki, bu barədə komandanın mətbuat xidməti məlumat yayıb.

İstedadlı sürücü yenidən bolidə əyləşdiyi üçün şad olduğunu bildirib:

“Yenidən öz maşınıma qayıtdığım üçün çox şadam. Son bir ay mənim üçün asan keçmədi: həyatımda ilk dəfə idi ki, yarışlarda iştirak etmirdim və bu qəribə hissə alışmaq çətin idi. Zədə alan kimi mümkün qədər tez qayıtmaq üçün tam şəkildə bərpaya kökləndim. Bütün bu proses ərzində göstərdikləri səbrə görə Lorana və komandaya təşəkkür etmək istəyirəm. Tələsik qərar verməmək vacib idi, indi isə ən yaxşı bacardığım işə - bolid idarə etməyə hazır olduğumu hiss edirəm.

Bakı unikal trekdir, burada həftəsonunun elə ilk dəqiqələrindən tam diqqətli olmaq lazımdır. Son çıxışımdan kifayət qədər vaxt keçməsinə baxmayaraq, simulyator sessiyası uğurlu oldu və işə dərhal başlamaq fürsətini səbirsizliklə gözləyirəm”.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
22 SENTYABR 2026
Bütün Xəbərlər