NATO-nun strateji obyektinə gizli yaxınlaşdı, qadağanı pozdu
Polşanın şimalında yerləşən Redzikovo yaşayış məntəqəsində ABŞ-nin “Aegis Ashore” raketdən müdafiə kompleksi ilə təchiz edilmiş bazasının yaxınlığında pilotsuz uçuş aparatı aşkarlanıb.
TodayPress TV xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyi “X” sosial şəbəkəsində məlumat yayıb.
Nazirliyin açıqlamasında bildirilib ki, bazadan təxminən bir kilometr məsafədə aşkarlanan mülki dron obyekt üçün heç bir təhlükə yaratmayıb və daim hərbi hava hücumundan müdafiə sistemlərinin nəzarəti altında olub.
Nazirlik qeyd edib ki, dron bazanın üzərindən uçmayıb, lakin onun uçuşu pilotsuz uçuş aparatlarının istifadəsinə qadağa qoyulan ərazinin pozulması ilə müşayiət olunub.
Qiymət Mahir