Ağ Evdə savaş qızışır – "Nəyə görə sizə xüsusi imtiyaz verilməlidir?"

Ağ Evdə savaş qızışır – "Nəyə görə sizə xüsusi imtiyaz verilməlidir?"
22.09.2026 13:33 Dünya

ABŞ vitse-prezidenti Ceyms Devid Vens Prezident Donald Trampın CNN, MS NOW telekanallarının və “Politico” onlayn nəşrinin Ağ Evə girişinə məhdudiyyət qoyulması qərarını dəstəkləyib.

TodayPress TV xəbər verir ki, Vens sözügedən media qurumlarını sol qüvvələrin maraqlarına xidmət etməkdə ittiham edib.

“Bu, qadağa deyil. Söhbət ədalətsiz informasiya ilə məşğul olan şəxslərə xüsusi çıxış imkanının verilməsindən imtina edilməsindən gedir. Əgər siz sol qüvvələrin təbliğat aləti rolunu oynamaq niyyətindəsinizsə, Donald Tramp niyə sizə öz Ağ Evində xüsusi giriş imkanı verməlidir?” – Vens bildirib.

Onun sözlərinə görə, Ağ Evə giriş imkanının məhdudlaşdırılması həmin media qurumlarının hadisələri işıqlandırmasına qadağa qoyulması demək deyil.

Qiymət Mahir

XƏBƏR LENTİ
22 SENTYABR 2026
Bütün Xəbərlər